Cəmiyyət
04 iyun 2020
293
İşığı yandırıb-söndürmək üçün işçi axtarılır – Maaş 2300 dollar
İsveçin Göteborq şəhərində işləmək tələb olunmayan iş üçün vakansiya elan edilib.
Həmin işin yeganə öhdəliyi yeni tikilən stansiyada işığı yandırıb söndürməkdən ibarət olacaq.
Bunun üçün aylıq 2 300 dollar əmək haqqı təyin olunub. İşi qəbul edən şəxs səhər işığı yandırmaq, axşam iş gününün sonunda isə işığı söndürmək üçün stansiyaya getməlidir. Yeganə tələb işığın dəqiq vaxtında yandırılıb-söndürülməsidir.
Qeyd olunur ki, həmin vakansiyaya ABŞ, Tayvan, Filippin kimi ölkələrdən də müraciət edilib.
Vakansiya art eksperiment xarakteri daşıyır və cəmiyyətdə qeyri-bərabərliyin artmasına diqqət yönəltmək məqsədi daşıyır. Layihə İsveç İncəsənət Şurası və Nəqliyyat İdarəsi tərəfindən maliyyələşdirilir. Əməkhaqqı fondu 650 min dollardan ibarətdir. (trend)
Daha çox xəbər:
Neftin qiyməti 150 dollar olacaq — ŞAD XƏBƏR
Gündəm, Ölkə190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
ÖlkəAsif Əsgərov: Karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığın ...
Gündəm, SiyasətAzərbaycanda “uşaq pulu”veriləcək? — 400-600 manat....
CəmiyyətAviauçuşlar üçün COVID-19 pasportu – YENİ TƏLƏB
Ölkə