Cəmiyyət
24 iyul 2024
201
Qalmaqallı direktor işdən çıxarıldı, Agentliyi məhkəməyə verdi

Bakının Xətai rayonunda yerləşən 25 nömrəli tam orta məktəbin keçmiş direktoru Fəridə Şərifova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı məhkəmə iddiası qaldırıb.
"Qaynarinfo"nun məlumatına görə, Şərifovanın iddiası işinə bərpa olunması və işsiz qaldığı müddət ərzində əməkhaqqının ödənilməsi ilə bağlıdır.
Məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində keçiriləcək və işə hakim Ramin Quliyev baxacaq.
Xatırladaq ki, Fəridə Şərifova 2022-ci ildə rəhbərlik etdiyi məktəbdə qanunsuz əməllərə yol verdiyi iddiaları ilə gündəmə gəlmişdi və həmin dövrdən sonra onun işdən çıxarıldığı bildirilir.
Daha çox xəbər:

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Gündəm, Ölkə
"BakuBus"a direktoru işdən çıxarıldı - Yeni təyinat
Cəmiyyət
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
SiyasətBakı Nəqliyyat Agentliyinin qalmaqallı şöbə müdiri işdən çıxarıldı - Gözlən ...
Ölkə
İşdən çıxarıldığı şirkətdən 50 min tələb edir
Ölkə