Cəmiyyət
24 iyul 2024
1162
DYP sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi, hava şəraitinin dəyişkən olacağı ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu xəbərdarlıq Milli Hidrometeorologiya Xidmətinin iyulun 24-dən 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin, yağışların və bəzi bölgələrdə güclü küləyin olacağı proqnozuna əsaslanır.
Bu şəraitlə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir. Onlar yollarda diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməli, sürət həddini hava və yol şəraitinə uyğun olaraq azaltmalı, ara məsafəsini qorumağa və avtomobillərin texniki vəziyyətini diqqətlə izləməyə çağırılırlar.
Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli ola biləcəyini unutmamalı və xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sürücüləri, daşıdıqları yükün təhlükəsiz şəkildə qablaşdırılmasına diqqət yetirməlidirlər.
Daha çox xəbər: