Cəmiyyət
27 iyul 2024
115

Abşeronda Bir Yaşlı Körpə Hovuza Düşərək Boğulub

Abşeronda Bir Yaşlı Körpə Hovuza Düşərək Boğulub

Abşeron rayonunun Novxanı bağlarında bir yaşlı körpənin faciəvi ölümü ilə nəticələnən hadisə baş verib. "Report"un məlumatına görə, 2023-cü il təvəllüdlü Alpay Murad oğlu Rəcəbov yaşadığı evin həyətində yerləşən hovuza düşərək boğulub. Körpənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.