Cəmiyyət
04 iyul 2020
365

Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi

Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi


Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6846 koronavirus testi aparılıb.

Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi