Cəmiyyət
05 iyun 2020
347

Azərbaycanda koronavirus xəstələrində ən çox hansı simptomlar olur? — AÇIQLAMA

Azərbaycanda koronavirus xəstələrində ən çox hansı simptomlar olur? — AÇIQLAMA


Daha çox tənəffüs çatışmazlığı, boğulmalar, yüksək hərarət müşahidə olunub.
Bu haqda TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:

“Çox təəssüf hissi ilə qeyd edirəm ki, vətəndaşlar bizim sözlərimizi düzgün başa düşmürlər. Biz karantin rejimindən addım-addım yumşaltmaya gedək dedik. Ancaq onlar elə düşündülər ki, artıq virus bitdi. Bu gün dedik yumşaltmaya gedirik, sabah hamı çıxdı küçələrə... Parklarda o qədər ciddi sıxlıq var idi. Bir nəfər adamı biz maskada görmədik. Hamı sərbəst şəkildə gəzirdi və hesab edirdilər ki, artıq virus bitdi.

İlk mərhələdə biz asimptomatik xəstələri görürdüksə, bugünkü gündə daha çox simptomlu pasiyentlərlə rastlaşırıq. Belə davam etsə, hər bir vətəndaşımızn ətrafında simptomatik və ağır şəkildə bu xəstəliyi keçirən şəxslər olacaq.
Daha çox tənəffüs çatışmazlığı, boğulmalar, yüksək hərarət müşahidə olunur. Hətta mədə-bağırsaq sistemi tərəfindən olan simptomlarla da şikayətlər var.

Biz həmişə deyirdik ki, yaşlılar və xroniki xəstələr daha çox rəhmətə gedir. Bugünkü gündə biz bunun tərsini görürük. Belə davam etsə, bunu hər kəs görəcək. Artıq çox gənc, orta yaşlara gəlir”.