Cəmiyyət
09 iyul 2020
306
Sağalan COVID xəstələrinə arayış bu qaydada verilir – RƏSMİ
Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib.
COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir.
Testdən keçirilmə üçün xəstənin simptomlarının başlanıldığı gündən minimum 14 gün keçməli, 3 gün isə simptomsuz olmalıdır. Bu dövr bitdikdə xəstə ərazi üzrə poliklinikaya müraciət etməlidir.
Onun sözlərinə görə, vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:
“Vətəndaş bu arayışla işə çıxa bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, həmin arayış yalnız verildiyi gün üçün etibarlı hesab edilir”. (trend)
Daha çox xəbər:
Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı
ÖlkəHansı koronavirus xəstələri xəstəxanaya aparılır? – Nazirlikdən açıqlama
ÖlkəHansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu — RƏSMİ
CəmiyyətBakıda koronavirus testinin — QİYMƏTİ
ÖlkəSumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət g ...
Cəmiyyət