Cəmiyyət, Video
18 mart 2021
969
Toyların olmaması doğum sayına təsir edir - VİDEO
Son bir ildə koronavirusun ölkə ərazisində yayılması doğum sayına da təsir edib. Pandemiya dövründə doğulanların sayı azalıb, ölənlərin sayı isə çoxalıb. Bu da öz növbəsində təbii artıma da təsir göstərib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında 10 812 körpə doğulub, 7 972 nəfər dünyasını dəyişib. Nəticədə təbii artım 2840 nəfər olub. Belə ki, 2020-ci ilin yanvarı ilə müqayisədə təbii artımda kəskin geriləmə qeydə alınıb. Bunun əsas səbəbi ölənlərin sayının artmasıdır.
Mütəxəssislər doğulan uşaqların sayının azalmasının səbəbini pandemiya dövründə toyların olmaması ilə əlaqələndirirlər.
Qeyd edək ki, ötən ilin yanvarında doğulanların sayı 11 279 nəfər, ölənlərin sayı 5177 nəfər, təbii artım 6102 nəfər olub. Müqayisədə bu il ölənlərin sayı 54,1 faiz (2795 nəfər) artıb, doğulanların sayı 5,2 faiz (467 nəfər), təbii artım isə 2,15 dəfə azalıb.
Daha çox xəbər:
Azərbaycanda ölüm sayı doğum sayına yaxınlaşır – TƏBİİ ARTIMDA KƏSKİN AZALM ...
CəmiyyətKoronavirusdan ölənlərin sayı milyona yaxınlaşır
DünyaKarantin dövründə boşanmaların sayı azalıb
SosialDünyada koronavirusdan ölənlərin sayı 700 mini ötdü
DünyaAzərbaycanda COVID-19-dan ölənlərin sayı — 200 NƏFƏRİ KEÇDİ
Ölkə