Cəmiyyət
17 iyun 2020
986
Yas mərasimləri bu qaydalarla keçirilməlidir — Komitə sədrindən TƏKLİF
Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər.
Bunu “Trend”ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb:
“Biz bununla bağlı məlumatları toplamışıq, Qafqaz Müsəlmanları İdarəsi yerlərdə olan bütün səlahiyyətli nümayəndələrini xəbərdar edib ki, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər, yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər, lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və imamlar heç bir halda həmin toplantılarda iştirak etməsin.
Bizim komitənin yerlərdə olan əməkdaşları da bu istiqamətdə izahat işini gücləndiriblər. Biz adət-ənənələrimizi qoruyuruq, lakin bu virusla bağlı kütləvi toplaşmaların insanlar üçün nə qədər böyük təhlükə törətdiyini başa düşərək yas mərasimləri məhdudlaşdırılmalı, ehsan mərasimləri dayandırılmalıdır və bu cür toplaşmalara yol verilməməlidir. Biz bununla bağlı tövsiyələr vermişik və yerli qurumlar da bu halların baş verməməsi üçün əllərindən gələni edirlər. Bir daha vətəndaşlarımıza çağırış edirik ki, bu cür mərasimlərə yol verməsinlər. Virus təhlükəsi davam edir və biz Nazirlər Kabineti yanında Operativ Qərərgahın bütün təlimatlarını yerinə yetirməliyik”.
Daha çox xəbər:
Operativ Qərargahın üzvlərinin adları açıqlandı — SİYAHI
CəmiyyətPolis bu yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaq — Nəzarət gücləndirili ...
Gündəm, Siyasət“Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır” — Komitə sədr ...
CəmiyyətKarantin dövründə toylar necə keçirilməlidir? — Maraqlı TƏKLİFLƏR
ÖlkəAzərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, Cəmiyyət