Dünya
16 iyul 2020
341
Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var — VİDEO - FOTO
Rusiyanın hərbi qırıcıları Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan Əl Bab qəsəbəsinə hava hücumu təşkil ediblər.
Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə edilən iki hava hücumunu nəticəsində, bir nəfər ölüb, 11 nəfər yaralanıb
Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib. Rusiyaya məxsus qırıcıların Babda uçuşlarını davam etdirdikləri də gələn məlumatlar sırasındadır. Aralarında uşaqların da olduğu yaralılar qəsəbədəki xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə cəlb edilən Mülki Müdafiə dəstəsi dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı gözlənilmir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ilin fevralında Əl Bab qəsəbəsini İŞİD terrorçularından təmizləmişdilər
Daha çox xəbər:
Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış — Yaralılar var - YENİL ...
KriminalRusiyada təyyarə qəzası — Ölən və ağır xəsarət alan var
DünyaAzərbaycan-İran sərhədində atışma olub, ölən var — FOTO
KriminalTürkiyə İdlibə əlavə 10 min əsgər göndərdi: Hər an…
DünyaGərginlik: ABŞ və Rusiya qoşunları üz-üzə gəldi – VİDEO
Dünya