Dünya
24 iyul 2020
371
Nyu-York küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı — CANLI YAYIM

Azərbaycanlılar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə ermənilərin təxribatına qarşı etiraz aksiyası keçirib.
Oxu.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Aksiya iştirakçıları Azərbaycan Dövlət Himnini səsləndiriblər. Bundan sonra soydaşlarımızın bəyanatı səsləndirilib.
Həmvətənlərimiz Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar, eləcə də Ermənistanın təcavüzkarlığına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər.
Daha sonra azərbaycanlılar “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə Nyu-Yorkda yürüş keçirirlər.

Daha çox xəbər:

Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı
Siyasət
Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıldı – FOTO
Ölkə
Azərbaycanlılar ABŞ-dakı erməni səfirliyinin qarşısında etiraz edib
Dünya
Bu gecə Bakıda baş verənlər - Video
Gündəm, Siyasət
Şəhidlərimizin cənazəsi izdihamla qarşılandı - Video
Kriminal