Dünya
07 avqust 2020
312
Türkiyədə karantin yenidən bərpa olundu
Türkiyədə karantin tədbirləri yenidən tətbiq edilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, bu gün saat 09:30-dan etibarən 32 əyalət, 4 şəhər, 37 kənd, 39 məhəllə və 3 kənd daxil olmaqla ümumilikdə 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir.
Bildirilib ki, bu karantin tədbirləri ölkə əhalisinin 54 min 53 nəfərini əhatə edir.
Açıqlamada, həmçinin qeyd olunub ki, ölkədə koronavirus epidemiyası zamanı bu günə qədər 68 əyalət, 5 rayon (3 rayon və 2 rayon mərkəzi), 24 şəhər, 354 kənd, 352 məhəllə və 53 yaşayış məntəqəsi daxil olmaqla ümumilikdə 788 yaşayış məntəqəsində 623 766 nəfərə karantin tətbiq edilib.
Xatırladaq ki, Türkiyədə karantin rejimi iyulun 1-dən etibarən ləğv olunmuşdu. Ölkədə karantin rejiminin ləğvinə qədər gündəlik yoluxma sayı 1000-dən aşağı düşsə də son günlər də bu göstərici yenidən 1000-i keçmişdi. Mütəxəssislər xüsusilə Qurban bayramı ərəfəsində yaşanan toplu yığışma hallarının yoluxma sayının daha da artmasına yol açacağını proqnozlaşdırır.
Daha çox xəbər:
Karantin qaydalarını pozan 983 nəfər cərimələnib
Ölkə14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi davam edəcək
CəmiyyətDünyanın çarəsi qalmadı: ölkələr yenidən karantin rejiminə qayıdır
Gündəm, DünyaSərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək – VİDEO
ÖlkəŞənbə günü sərt karantin rejimi tətbiq edilməyəcək – RƏSMİ İZAH
Gündəm, Cəmiyyət