Dünya
10 avqust 2020
358
Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb

Belarus Mərkəzi Seçki Komissiyası seçkilərin ilk rəsmi nəticələrini açıqlayıb.
Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko prezident seçkilərində 80,23% səs toplayıb.
“Lukaşenko 4 milyon 652 min nəfərin etimadını qazanıb”, – MSK-nın açıqlamasında bildirilir.
Qeyd edək ki, səsvermədə 5 milyon 790 min nəfər iştirak edib. Səsvermə hüququ olan vətəndaşların 84,23%-i prosesə qatılıb.
MSK rəhbəri Lidiya Yermoşinanın açıqlamasına görə, Lukaşenkoya ən yaxın namizəd Svetlana Tikxanovskaya 9,9% səs toplayıb.
Digər namizədlər 2% -dən az səs qazanıb.
Yermoşina nəticələrin dəyişməyəcəyinə inanır. (publika. az)

Daha çox xəbər:

Lukaşenko etirazçıları “qoyun” adlandırdı – “Qoyunları idarə etmək üçün…”
Dünya
İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
Siyasət
Belarusda etiraz aksiyaları durmadan artır – VİDEO
Dünya
Belarusda seçkisonrası etirazlar - 80-dən çox şəxs saxlanıldı
Dünya
Prezident yol tikintisinə 22 milyon manat ayırdı
İqtisadiyyat