Dünya
10 avqust 2020
326
Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır
Yeni Zelandiya koronavirusa tamamilə qalib gələn ölkələrdəndir.
“Haber Global” xəbər verir ki, bu ölkədə sonuncu dəfə ölkə daxili yoluxma 1 mayda qeydə alınıb.
Baş nazir Yasinda Ardern buna baxmayaraq ikinci dalğa təhdidinin davam etdiyini söyləyib. O, yeni yoluxma hallarının hamısının xaricdən gələnlərdə qeydə alındığını bildirib.
Qeyd edək ki, 5 milyon nəfər əhalisi olan Yeni Zelandiyada 1 martdan etibarən fövqəladə vəziyyət elan edilmiş, 27 apreldə isə koronavirusa qalib gəldindiyi açıqlanmışdı.
Bu günə Yeni Zelandiyada qədər ümumilikdə 1569 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 22 nəfər vəfat edib, 1524-ü sağalıb. Hazırda 23 aktiv xəstə var ki, onların da hamısı digər ölkələrdən gəlib. baku.ws