Dünya
10 iyun 2020
332
Türkiyə daha bir ölkəni xilas edir – Şərh
Türkiyənin Liviyada öz maraqları var. Bu, heç kəsə sirr deyil. Lakin Ankara digər böyük güclərdən fərqli olaraq, öz maraqlarını destruktiv yolla deyil, konstruktiv yolla təmin edir. Türkiyənin Liviyada həyata keçirmək istədiyi “təhlükəsiz bölgə” modeli bunun bariz sübutudur.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyənin Suriyada tətbiq etdiyi “təhlükəsiz bölgə” modelini Liviyada da həyata keçirmək istəyi haqda danışarkən deyib. O bildirib ki, bu plan iki ölkənin münasibətlərinə müsbət təsir edəcək:
“Türkiyə Liviyada aktiv bir oyunçudur. Ankaranın Sərrac hökumətinə verdiyi dəstək Liviyada siyasi tarazlığı ciddi ölçüdə dəyişib. Devrilmək təhlükəsi ilə üz-üzə olan Sərrac hökuməti faktiki olaraq Türkiyənin dəstəyi ilə qələbəyə çox yaxındır. Böyük güclər üçün Liviya artıq yükdür. Yəni artıq digər güclər də Türkiyənin fonunda Liviyada tam olmasa da, sülhün bərqərar olmasının lehinədir”.
Ekspertin sözlərinə görə, “təhlükəsiz bölgə” modelinin Liviyada tətbiq edilməsi müsbət haldır və effekt verəcək:
“Biz bu modelin Suriya üçün təsirlərini gördük. Faktiki olaraq Suriya 3-4 ildir daha yaxşı vəziyyətdədir. Bu model tərəflərin həm diplomatik danışıqlara girməsinə, həm də infrastruktur işlərinin aparılmasına müsbət təsir etdi. Prinsip etibarilə bu modeli Liviyada etmək mümkündür və bu, öz bəhrələrini verəcək. Qeyd edim ki, bu təklif Liviyanın bölünməsi və s. şeylərə gətirib çıxarmayacaq. Çünki Liviyanın bölünməsi Türkiyə üçün də qəbuledilməzdir. Türkiyənin Liviyada həyata keçirmək istədiyi genişmiqyaslı yenidənqurma işləri insanların gündəlik həyatlarını etibarlı şəkildə davam etdirməsinə şərait yaradacaq. Liviyada təhlükəsizliyin təmin edilməsi, ərzaq və səhiyyə xidmətlərinin artırılması ölkədə canlanma prosesini sürətləndirəcək. Eyni zamanda, iqtisadi sabitlik, infrastruktur xidmətləri, ədalətin bərqərar olması, mənzil-kommunal təsərrüfatının yenidən qurulması əsas məqsədlərdən sayılacaq. Türkiyə faktiki olaraq bu gün Liviya ilə müttəfiqlik səviyyəsindədir. Ankara Haftar üzərində qələbədən sonra zəif, dağıdılmış, tarimar olmuş bir Liviya yerinə güclü bir Liviya görmək istəyir”.
Daha çox xəbər:
Türk nazirdən ŞAD XƏBƏR: Koronaya qarşı dərman hazırladıq
DünyaKoronavirusun gətirdiyi “MƏCBURİ DƏB”: Evdən işləməyin müsbət və mənfi tərə ...
ÖlkəƏrdoğandan müharibə mesajı: Afina həddini bilməsə…
DünyaƏrdoğandan Rusiyaya sərt ismarış: Gücü sizdən alır! – Video
DünyaTürkiyə İdlibə əlavə 10 min əsgər göndərdi: Hər an…
Dünya