Dünya
17 avqust 2020
282
Kipri qorxu bürüdü: Blef deyil, türklər bunu edəcəklər

Türklər blef eləmir. Biz Maraşın açılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.
Bunu Cənubi Kiprin guya “Maraş bələdiyyəsi sədri” olan Simos Yoannu deyib.
“Biz bütün aidiyyəti təşkilatlara, mərkəzlərə müraciət edəcəyik. Maraşın tamamilə açılması Kipr böhranının məzar daşı və razılaşdırılmış həll yolunun sonu ola bilər. Bu şəhərin açılmasının qarşısını dərhal almaq lazımdır”, – o bildirib.
Qeyd edək ki, Türkiyə mediası 46 ildir bağlı olan Maraş şəhərinin bu ilin sonuna kimi yenidən açılacağı haqda məlumat yayıb.
“Kabus şəhər” kimi tanınan Maraş Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib və təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub. (axar.az)
Daha çox xəbər:

Türkiyə XİN: “Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”
Dünya
Ərdoğandan açıq göstəriş: Danışıqlar dayandırılsın…
Dünya
Yunan papaz: “Türklər olmasaydı, Ayasofya çoxdan çökərdi” – VİDEO
Dünya
Bu iki ölkə Aralıqda Türkiyəyə qarşı birləşir
Dünya
Kamran Əliyev xaricdəki Baş prokurorlara rəsmi müraciət etdi
Siyasət