Dünya
18 avqust 2020
368

“ABŞ-ı ikinci Venesuelaya çevirəcəklər” - Tramp

“ABŞ-ı ikinci Venesuelaya çevirəcəklər” - Tramp


ABŞ Prezidenti Donald Tramp Demokrat namizəd Co Baydenin prezident seçkilərində qalib gələcəyi təqdirdə Amerikanın “ikinci Venesuela”ya çevriləcəyini bildirib.

Tramp bu barədə Viskonsin ştatında çıxış edərkən bildirib: “Bu, keçirdiyimiz ən təhlükəli seçkidir. Çünki Demokratlar gəlsələr, geri dönüşümüz olmayacaq. İkinci Venesuelaya çevriləcəyik. Daha əvvəl belə olacağını güman edirdim, indi isə əminəm”.

Qeyd edək ki, bu ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək. Qarşıdakı qurultaylarda hər iki partiyadan olan namizədlərin rəsmi olaraq adları açıqlanacaq. Bununla belə indidən Respublikaçılardan Donald Trampın, Demokratlardan isə Co Baydenin namizəd olacağı artıq məlumdur.