Dünya
22 avqust 2020
291
Koronavirusa təkrar yoluxmanın səbəbi açıqlandı
ABŞ-ın Massaçusets ştatında yerləşən ümumi profil üzrə xəstəxananın alimləri sübut ediblər ki, COVID-19 xəstəsi olan insanların orqanizmində sitokinlərin yüksək miqdarı SARS-CoV-2-yə qarşı davamlı immunitetin inkişafının qarşısını alır.
Alimlərin yazdığı məqalə “Cell” jurnalında dərc edilib.
Təhqiqatçılar COVID-19-dan vəfat edən şəxslərin dalağını və limfa düyünlərini araşdırarkən məlum olub ki, bu orqanlarda davamlı immun reaksiyasının ayrılmaz hissəsi olan hermenativ mərkəzlər mövcud deyil.
Onlarda anticisim istehsal edən B-hüceyrələri yetişir. Bu hüceyrələr immun yaddaşının uzunömürlü hüceyrələrinə çevrilir. B-hüceyrələri sayəsində orqanizm yenidən yoluxduğu təqdirdə patogeni tez və effektiv şəkildə müəyyənləşdirərək ona hücum edir.
COVID-19-un ağır mərhələsi zamanı köməkçi hüceyrələrin meydana gəlmədiyi məlum olub. Bu, immunitet reaksiyasında iştirak edən sitokinlərin- siqnal molekullarının çox olması ilə əlaqədardır. COVID-19-un ağır hallarında adətən herminativ mərkəzlərin meydana gəldiyi yerlərdə çox miqdarda sitokin TNF aşkar edilib.
Bu o deməkdir ki, anticisimlər insanları nisbətən qısa müddət ərzində qoruya bilsələr də, bəzi sağalmış insanlar bir neçə aydan sonra yenidən və bir neçə dəfə SARS-CoV-2-yə yoluxa bilərlər.
Daha çox xəbər:
Koronavirusa yoluxmanın qarşısını alan — ƏN EFFEKTİV ÜSUL
Cəmiyyətİnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu
MaraqlıKoronavirusu tezliklə və effektiv məhv edən üsul aşkarlandı
DünyaKoronavirusun insan üçün daha bir təhlükəli fəsadı açıqlandı
DünyaAmerikalı alimlər koronavirusa qarşı dərman TAPDI
Dünya