Dünya
11 iyun 2020
1068
Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” - AÇIQLAMA

Elmi araşdırmalar göstərir ki, koronavirus zəifləyir.
Cebhe.info xəbər verir ki, bu sevindirici xəbəri Milan Universitetinin prorektoru, virusoloq Massimo Klementi ararılan elmi araşdırmaların nəticəsinə istinadən deyib. O bildirib ki, bu, payzıda virusun ikinci dalğasının olmayacağını söyləməyə ümid yaradır.
Klementinin sözlərinə görə, kəskin vəziyyətdə olan xəstələrin sayı azalır. Həmçinin xəstəxanalardakı şəxslərin də sayında azalma qeydə alınır. Buna baxmayaraq, virusu daha yüngül keçirənlərin, evdə müalicəylə kifayətlənənlərin sayı artır.
Araşdırmalar mart və mayın ikinci yarısındakı göstəricilərə əsasən aparılıb. Məlum olub ki, martda virus maydakına nisbətən onlarla dəfə artıq olub:
“Bu, onu demeyə əsas verir ki, virus zəifləyir. Müxtəlif ölkələrdən aldığımız məlumatlar da bunu təsiqləyir”.
Klementi bildirib ki, virus digər koronavirus infeksiyaları kimi son həddə qədər zəifləyə bilər. Bu isə insan həyatı üçün ciddi təhlükə yaratmaz:
“Belə olarsa, payızda ikinci dalğa olmayacaq”.

Daha çox xəbər:

Yeni virus daha bir pandemiyaya səbəb ola bilər
Dünya
ŞAD XƏBƏR: Korona zəifləyir və peyvəndsiz məhv olacaq – Proqnoz
Dünya
İkinci dalğadan xilas olmaq üçün — ALİMLƏRDƏN TÖVSİYƏ
Ölkə
Çindən XƏBƏRDARLIQ — İkinci dalğa başlayıb
Dünya
Koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər – İyul ayında…
Cəmiyyət