Dünya
08 sentyabr 2020
972
Kliniki ölüm keçirən qadın “Cəhənnəmə səfərindən” danışdı — “Birdən ətrafımı dəhşətli varlıqlar bürüdü...”
Yüksək dozada narkotik qəbul etdiyi üçün kliniki ölüm keçirən pasiyent “Near Death Experience Research Foundation” fonduna (“Ölüm Təcrübəsini Araşdırma Fondu“) “Cəhənnəmə səfərindən” danışıb.
“Express”in məlumatına görə, Fransin adlı qadın ilk əvvəl öz cismi üzərində pərvaz etdiyini gördüyünü deyib:
“Onların məni diriltməyə çalışdıqlarını izləyirdim. Birdən ətrafımı dəhşətli canlılar bürüdü, mən onları “qaranlıq mələklər” adlandırıram. Onlar qafiyə ilə dedilər: “İşıqdan qaranlığa”. Qafiyənin qalan hissəsini xatırlamıram”.
Fransinin sözlərinə görə, qaranlıq varlıqlar onu bir heç olana qədər hissələrə parçaladılar.
“Biz sözün əsl mənasında xəstəxananın salonlarından keçdik və damına uçduq. Sonra cəhənnəmə düşdüm və kürəyi üstə uzandım. Başqa ruhların fəryadlarını və ağrılarını eşidirdim. Qəzəbli bir varlıq məni dindirirdi və bu, əbədiyyətə qədər uzandı. O, nəyə inandığımı və kimə ibadət etdiyimi bilmək istəyirdi”, - deyə qadın etiraf edib.
Fransin əvvəlcə onlardan qorxduğunu, sonra itaət etməyi dayandırdığını və geri qayıtmaq üçün onları inandırmağa çalışdığını deyib:
“Mən İsa Məsihə inandığımı və onun mənə zərər verəcəyini düşünmədiyimi dedim. Sonra qəfil cəhənnəmi tərk etdim”.
Bundan sonra qaranlıq varlıqlar Fransinə bütün həyat yolunu göstərərək, etdiyi səhvlərə diqqətini çəkiblər.
“Bu düzəliş o qədər təfərrüatlı idi ki, hətta kiməsə pis baxışımın olduğu anları göstərdilər. Davranışımın başqalarına necə zərər verdiyini nümayiş etdrdilər, başqalarını daha çox sevməyim lazım olduğunu bildirdilər”, - deyə qadın qeyd edib.
Sonda qadın özünü anasının bətnində hiss edib.
“Mən dünyaya gələnə qədər hər şey sakit idi. Mənə dünyanın ilk şərinin doğumu həyata keçirən həkimin “Budur, daha bir balaca fahişə dünyaya gəldi”, - deməsi ilə başladığını dedilər. Mən bunu eşitdim və çox kədərləndim. Bundan sonra mən minlərlə dəfə öldüm və dirildim. Bu sonsuzluq əsl cəhənnəm idi və bunun bitməsini istəyirdim”, - deyə Fransin bildirib.
Bəzi tədqiqatçılar, xəstənin izah etdiyi şeylərin normal bir fenomen olduğuna inanırlar. Onların fikrincə, belə bir təcrübə mütləq şəkildə insanın cənnəti, cəhənnəmi və ya ölümdən sonrakı həyatı gördüyü anlamına gəlmir.
“Bu, sağ qalma texnikası üçün beynin özünü skan etməsi də ola bilər”, - deyə Nyu-Yorkun Langon Tibb Məktəbinin reanimasiya və həyata qaytarma tədqiqatlarının direktoru Dr.Sem Parniya bildirib. Oxu.az
Daha çox xəbər:
Kişi boşandığı qadını döydü — Qadın özünü binadan atdı
KriminalKişi boşandığı qadını döydü — Qadın özünü binadan atdı
Kriminal“Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm”
Şou biznes“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan ...
Şou biznes"Mənə dedi ki, icazə ver, gedim özümü öldürüm"-Ər arvadının başqa kişi il ...
Gündəm, Kriminal