Dünya
28 sentyabr 2020
317

“Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı

“Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı


"Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir”.
Bunu Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın "France 24” telekanalına müsahibəsində deyib.

"Bu, genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir”, - nazir bildirib.

Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib:

"Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini istəyirik, buna sadiqik. Münaqişənin sülh yolu ilə həll edilməsi, kompromisə əsaslanan həll variantının tapılması maraqlarımıza uyğundur”.(teleqraf.com)