Dünya
05 oktyabr 2020
247

Kanada Azərbaycanlıları Şəbəkəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

Kanada Azərbaycanlıları Şəbəkəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb


Kanada Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən atəşə tutulması, dinc əhalinin hədəfə alınmasına etiraz olaraq bəyanat yayıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfinin bu addımı Cenevrə Konvensiyasına görə müharibə cinayəti hesab olunur. Həmçinin, Azərbaycan ərazisinin Ermənistanın ərazisindən atəşə tutulması açıq-aydın təxribatdır və münaqişə ərazisini genişləndirmək niyyəti daşıyır.

Kanada Azərbaycanlıları Şəbəkəsi bəyanatda qeyd edir ki, Ermənistan tərəfindən Azərbaycanın ikinci böyük şəhərinin mülki əhalisinə qarşı müharibə cinayətinin törədilməsindən narahatdır və Kanada hökumətini Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandırmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırır.