Dünya
10 oktyabr 2020
234
Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi
COVID-19-un yayılmağa başladığı Çində gün ərzində qeydə alınan infeksiyaların sayı artıq cəmi onlarladır. RBK-nın məlumatına görə, rusiyalı mütəxəssislər ÇXR-də pandemiyanın ikinci dalğasının olmaması barədə öz fikirlərini bölüşüblər.
Oxu.az xəbər verir ki, Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin viroloqu Anatoli Altşteyn bildirib ki, bu göstərici statistikanın manipulyasiyası ilə əlaqəli deyil:
“Minlərlə olsaydı, bunu bilərdik”, - deyə o bildirib.
Mütəxəssisin fikrincə, koronavirusa yoluxanların sayında artımın az olması yüksək intizam və karantinin effektivliyi ilə əlaqəlidir.
Altşteyn Çin hökumətinin pandemiyanın qarşısını tez bir zamanda almağı bacardığını vurğulayıb.
RF Ali İqtisadiyyat Məktəbinin Sağlamlıq İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç də bu müsbət göstəricinin əsas səbəblərindən biri kimi yüksək intizamı göstərib.
Onun sözlərinə görə, Çinin demək olar ki, tamamilə sərhədlərini bağlaması da ölkədə ikinci dalğanın olmamasına öz təsirini göstərib.
Popoviç həmçinin, immunitet sistemini gücləndirən ənənəvi tibbin Çində populyar olduğunu xatırladıb.
Daha çox xəbər:
Çində koronavirus peyvəndinin klinik sınaqlarına razılıq verilib
DünyaAzərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər ...
CəmiyyətÇində qadın bir dəqiqə ərzində 71 nəfəri koronavirusa yoluxdurdu
DünyaAzərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI — R ...
ÖlkəÇindən XƏBƏRDARLIQ — İkinci dalğa başlayıb
Dünya