Dünya
19 oktyabr 2020
264
Türkiyə MN-dən azad olunan kəndlərlə bağlı paylaşım

Humanitar atəşkəsə baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mülki insanlara hücum edən Ermənistanın cavabını cəbhədə verməkdə davam edir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.
Nazirlik bəyan edib ki, geri alınan 13 kəndlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb.
Kahraman Azerbaycan Ordusu ateşkese rağmen sivillere saldıran Ermenistan’a cevabı cephede vermeye devam ediyor. Ele geçirilen 13 köy ile birlikte işgalden kurtarılan yerleşim yeri sayısı 78’e ulaştı.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 19, 2020
Xatırladaq ki, bu gün Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Daha çox xəbər:

SON DƏQİQƏ - İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Gündəm, Siyasət
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntüləri
Cəmiyyət
SON DƏQİQƏ: İlham Əliyev elan etdi: Madagiz işğaldan azad olundu
Gündəm, Siyasət
İlham Əliyevdən Ərdoğana təbrik məktubu
Siyasət
Türkiyə ordusu 2 şəhid verdi
Dünya