Dünya
23 oktyabr 2020
319
Son sutkada Ermənistanda 2474 nəfər koronavirusa yoluxub

Qəsbkar Ermənistanda koronavirus epidemiyası sürətlə yayılmaqdadır. Son bir sutkada bu ölkədə 2474 nəfərdə yeni koronavirusa yoluxma faktı qeydə alınıb.
“Ölkə.Az”a erməni mediasına istinadən xəbər verir ki, son günlərdə Ermənistanda koronavirusa yoluxma sayı kəskin artmaqdadır.
Artıq 73310 nəfər koronavirus infeksiyasına yoluxub. Oktyabrın 22-də bu göstərici 70 836 nəfər olub. Son bir gündə 2474 nəfərin yoluxması ilə say 73310 nəfərə yüksəlib. Ötən gün ərzində isə virusdan 14 nəfər ölüb. Bununla da ölənlərin sayı 1145 nəfərə yüksəlib. Koronavirusun yan təsirlərindən ölənlərin sayı isə 329 nəfərdir. Hazırda Ermənistanda 21 560 nəfər koronavirus infeksiyasından müalicə alır.

Daha çox xəbər:

Ermənistanda koronavirus qurbanlarının sayı artdı
Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü
Dünya
Ermənistanda son 3 gündə 1600-dən çox yoluxma
Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 181 mini ötdü
Dünya
Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub — 3 nəfər vəfat edib
Ölkə