Dünya
02 noyabr 2020
253
Qarabağa sülhməramlı kimi getmək? Bizdən heç soruşmayıblar da – Finlandiyadan MÜSAHİBƏ
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraynın Dağlıq Qarabağa Finlandiya, İsveç, Danimarka və Norveçdən sülhməramlı qüvvələrin yerləşdirilə biləcəyi barədə açıqlaması həmin Şimal ölkələrində heyrətlə qarşılanıb.
Bu barədə Media.Az-a açıqlamasında finlandiyalı ictimai xadimi, ictimai-siyasi elmlər doktoru Yohan Bekman bildirib.
“Finlandiya vətəndaşı, vəziyyəti yaxından izləyən bir politoloq kimi deyə bilərəm ki, cənab Obraynın bu açıqlaması bizdə çaşqınlıq yaratdı. Finlandiyada bu barədə heç nə bilmirlər. Bəli, Qarabağdakı müharibə ilə bağlı çox sayda materiallar var, Rusiya Prezidenti Vladimir Putinin sözləri və tənzimlənmə ilə bağlı təklifləri təhlil olunur. Və birdən amerikalı Finlandiyaya, İsveç, Norveç və Danimarkadan hərbçilərin Qarabağa göndərilməsindən danışır. Bu çox qəribədir, çünki bizdən heç soruşulmayıb”, - Yohan Bekman bildirib.
Məsələn fin ordusu bölmələrinin Qarabağda döyüş əməliyyatları bölgəsinə göndərilməsinin əvəzinə, danışıqların Finlandiyada, misal üçün əhalisinin böyük hissəsini isveçlilərin təşkil etməsinə baxmayaraq Finlandiyanın tərkibində muxtariyyət olan tamamilə silahsızlaşdırılmış Aland adalarında keçirilməsi təklifini etmək daha yaxşı olardı.
“Bu muxtariyyətin paytaxtı Mariehamn (İsveç dilində) və ya Maarianhaminadır (fin dilində). Mənə elə gəlir ki, belə bir sammit hərbçilərin göndərilməsindən daha faydalı olardı. Finlandiya danışıqlar platforması kimi geniş təcrübəyə sahib olan bitərəf ölkədir”.
Daha çox xəbər:
Rusiyalı politoloq: “Ermənistan daha da genişmiqyaslı hərbi əməliyyatlara s ...
DünyaDüşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə ...
HadisəQarabağda erməni generalı məhv edilib
Kriminalİlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİ ...
SiyasətBeyrut partlayışı Qarabağa sıçraya bilərmi? – Şərh
Siyasət