Tel: 099 340 40 33

Dünya
05 noyabr 2020
438

Koronavirusdan ölüm sayında rekord qeydə alındı

Koronavirusdan ölüm sayında rekord qeydə alındı


Dünyada koronavirusdan gündəlik ölüm sayında rekord müəyyənləşib. Belə ki, son sutkada 9 763 nəfər COVID-19 qurbanı olub.
Bu barədə report xəbər verir.

Qeyd olunur ki, COVID-19 pandemiyası sürətlənib. Məsələn, Yunanıstanda qismən tətbiq olunan lokdauna baxmayaraq, gündəlik koronavirusa yoluxmada maksimum say aşkar edilib - 2 646. ABŞ-da isə analoji göstərici ilk dəfə 100 mini keçib.

Xatırladaq ki, dünyada təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 48 milyonu keçib.