Dünya
16 noyabr 2020
223

Rusiyada daha 303 nəfər koronavirusdan vəfat edib

Rusiyada daha 303 nəfər koronavirusdan vəfat edib


Rusiyada son bir gündə daha 22 778 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 1 948 603 nəfərə çatıb.

Son sutka ərzində 303 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 33 489 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada dördüncü yerdə gəlir.