Dünya
20 noyabr 2020
5

Ermənistanda ölənlərin sayı 1900-ə çatdı

Ermənistanda ölənlərin sayı 1900-ə çatdı


Ermənistanda son sutka ərzində daha 1667 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da yoluxanların sayı 123 min 646 nəfərə çatıb.

Daha 30 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1900-ə yüksəlib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.