Dünya
21 noyabr 2020
293

Nazir: “Türk əsgərləri ən qısa zamanda Azərbaycana gedəcək”

Nazir: “Türk əsgərləri ən qısa zamanda Azərbaycana gedəcək”


“Ən qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır”, - o qeyd edib.

Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarını geri almaqla böyük bir uğura imza atdığını deyən Hulusi Akar Qarabağla bağlı razılşamaya əsasən, Rusiya ilə görüşlər keçirdiklərini söyləyib:

“Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün nə lazımdırsa onu etmişik və edəcəyik. Azərbaycanla bağlı məclisdə qanun layihəsi qəbul olundu. Hazırlıqlarımız tamamlandı”.