Dünya
23 noyabr 2020
280
“Paşinyan 5 min əsgərin başını yedi, azı 10 min yaralımız var” - Erməni deputat
“Çiçəklənən Ermənistan” partiyasının deputatı Gevorq Petrosyan baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırıb.
Azvision.az xəbər verir ki, deputat baş nazirin həbs etdirdiyi şəxslərin bu cür cəzalardan qorxmadığını bildirib.
“İstefa verməli olduğunuzu yaxşı başa düşürsünüz, başqa bir seçiminiz yoxdur. Müharibədə məğlub olan və torpaqları təhvil verən siyasətçinin liderliklə heç bir əlaqəsi yoxdur”, - deyən Petrosyan artıq heç kimin Paşinyanı dövlət başçısı kimi görmək istəmədiyini diqqətə çatdırıb:
"Yaxşı, utanmırsanmı Nikol? Komandana bir az töhmət ver. Onlar sonda sənə qarşı yönələcəklər. 5000 əsgərin başını yedin. Bu gün yaralanan 10 000 vətəndaşımız var. Üstəlik yaralıların barmağının və ya qulağının ucu kəsilməyib, onlar ayaqlarını, əllərini itiriblər. O insanların problemlərini necə həll edəcəksiniz? Niyə hərbi vəziyyətə son qoymursunuz? İndi vəzifənizi tərk etməyinizə nə mane olur?".
Petrosyan sonda qeyd edib ki, Paşinyan hələ müxalifətçi olduğu dövrdə ona hörmət edib. Bu gün isə baş nazirə nifrət edir.
Daha çox xəbər: