Dünya
25 noyabr 2020
305
ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb - FOTO

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərindəki mərkəzi yollardan birində Minnesota Azərbaycan Assosiasiyasının (“Azerbaijani Association of Minnesota”) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə üzərinə "Qarabağda ədalət, Azərbaycanda sülhdür" yazılmış lövhələr yerləşdirilib.
Report xəbər verir ki, lövhələr şəhərin mərkəzində, gediş-gəliş yolu olmaqla, "Minneapolis−Saint Paul" beynəlxalq hava limanının önündə quraşdırılıb.
Lövhələrdə Azərbaycan bayrağı, xəritəsi, Qarabağ atları və xarı bülbül gülü təsvir olunub və "Qarabağda ədalət Azərbaycanda sülhdür", "Qaçqınlar evlərinə qayıdır" şüarları yazılıb.
Xatırladaq ki, artıq bir neçə aydır ABŞ-ın bir çox böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdirilir.


Daha çox xəbər:

Qarabağda yeni avtomobil yolu inşa ediləcək
Gündəm, İqtisadiyyat
ABŞ-ın ermənilərin sıx yaşadığı yerlərində “Qarabağ Azərbaycandır” lövhələr ...
Dünya
Braziliyada Ermənistanın işğalçı siyasəti barədə lövhə quraşdırılıb
Dünya
Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı
Siyasət
Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıldı – FOTO
Ölkə