Dünya
26 noyabr 2020
308
Diaspor təşkilatları Paşinyanın istefasını tələb edir
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını 20-dən artıq erməni diaspor təşkilatı da tələb edir.
“Report” xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Onların arasında Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin İranın şimal və cənub bölmələri, Suriyadakı Erməni Milli Komitəsi, Küveytdəki milli struktur, Livan Gənclər İttifaqı, habelə daşnakların müxtəlif ölkələrdəki komitələri də var.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan noyabrın 16-da müraciətində parlamentə növbədənkənar seçkilər keçirməyə çağırmışdı. Yerevanda müxalifət Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirir.
Daha çox xəbər:
Ermənistan müxalifəti Paşinyanın istefası üçün hərbi vəziyyəti ləğv etdirmə ...
DünyaPaşinyan: "İstefa verməyəcəm"
DünyaYeni təyin edilmiş erməni nazir xəstəxanalıq oldu
HadisəYerevanda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib - VİDE ...
DünyaErmənistanın "Vətən" muzdlu dəstəsi darmadağın edilib
Kriminal