Dünya
30 noyabr 2020
284
SON DƏQİQƏ: Türkiyə Qarabağla bağlı açıqlama yaydı

Noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq iki ölkə arasında əlaqələr davam edir.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.
Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb. Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir.
Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq. Kara vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək.

Daha çox xəbər:

Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qərarda nə yazıl ...
Cəmiyyət
Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsinin DETALLARI AÇIQLANDI
Dünya
Rusiyanın müdafiə naziri Azərbaycana gəlib
Siyasət
Hulusi Akarı Zakir Həsənov qarşıladı — FOTO
Siyasət
Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir
Siyasət