Dünya
15 dekabr 2020
231
ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etdi
ABŞ hökumətinin Türkiyəyə sanksiyalar paketi təsdiqlənib.
"Ölkə.Az" xəbər verir ki, ABŞ XİN rəhbəri Mike Pompeo rəsmi Ankaranı S-400 məsələsi ilə bağlı problemi həll etməyə dəvət edib.
Bu sanksiyalar ilə:
➡Türkiyə ABŞ-dan mal və texnoloji ixracat lisenziyası ala bilməyəcək;
➡ABŞ Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;
➡Beynəlxalq Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;
➡Türkiyə Maliyyə qurumları ABŞ Mərkəzi Bankı ilə birbaşa təmasa keçə bilməyəcək;
➡Sanksiyaların tətbiq ediləcəyi qurumlara və ya şəxslərə layihə və ya müqavilələrdə iştirak icazəsi verilməyəcək;
➡Xarici valyutada əməliyyatları qadağan ediləcək;
➡Maliyyə qurumları və banklar arasında ödəniş və kredit transferlərinə qadağa qoyulacaq;
➡Sanksiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar ABŞ ərazisində daşınmaz əmlaka sahib ola bilməyəcək;
➡Sanskiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar investisiya və ya borc verə bilməyəcək;
➡Sanksiyalar tətbiq ediləcək şəxslər ABŞ ərazisinə daxil ola bilməyəcək;
Qeyd edək ki, sanksiyaları tətbiq edəcək qurumun rəhbəri bu maddələrdən ən azı 5-ni seçib tətbiq edə biləcək.
Həmçinin ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Qara siyahı”ya Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.
Daha çox xəbər:
İrandan Türkiyəyə dəstək - FOTO
DünyaRəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya
DünyaAzərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Erməni ...
Gündəm, SiyasətAlmaniya ABŞ-a qarşı sanksiyalar hazırlayır
DünyaHəftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək? — RƏSMİ AÇIQLAMA
Cəmiyyət