Dünya
15 dekabr 2020
291
Rusiyalı generaldan Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi barədə AÇIQLAMA

“Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib”.
“Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov deyib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq “hamının hamıya” prinsipi əsasında əsrilərin mübadiləsi həyata keçirilib. Buna qədər Azərbaycan və Ermənistan tərəfləri ilə Rusiya sülhməramlıları tərəfindən geniş hazırlıq işləri aparılıb”, - deyə R.Muradov bildirib.
Onun sözlərinə görə, nəticədə şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya 12 nəfər çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib. Azərbaycan tərəfindən Ermənistan tərəfinə 44 nəfər qaytarılıb.
O, Rusiya sülhməramlıların üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə gələcəkdə də töhfə verməyə davam edəcəklərini qeyd edib.

Daha çox xəbər:

Atasından Bayramla bağlı açıqlama
Cəmiyyət
Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - Foto
Gündəm, Siyasət
Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını açıqladı
Ölkə
Sülhməramlıların komandanından Qarabağla bağlı AÇIQLAMA
Siyasət
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsəd ...
Cəmiyyət