Dünya
16 dekabr 2020
267
Peyvəndi tapan türk həkimlər “ilin adamları” seçildilər

İngiltərənin nüfuzlu “Financial Times” nəşri “ilin adamları”nı açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən statusun sahibləri bu dəfə koronavirus peyvəndini ixtira edən, əslən Türkiyədən olan həkimlər- Uğur Şahin və Özlem Türeci cütlüyü olub.
Xatırladaq ki, Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanmışdı.
Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.
Daha çox xəbər:

Türk alimlərin vaksini İngiltərədə istifadə icazəsi aldı
Dünya
Türk həkimlərin hazırladığı peyvəndin qiyməti açıqlandı
Dünya
Qeyts tarix verdi — COVID-19 bu müddətdə bitəcək
Dünya
Koronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ — Peyvənd...
Dünya
Koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər – İyul ayında…
Cəmiyyət