Dünya, Video
21 dekabr 2020
320
ABŞ-ın İraqdakı səfirliyinə 8 raket atıldı - Video

ABŞ-ın İraqdakı Səfirliyinə raket hücumu edilib. “Qafqazinfo” xəbər verir ki, atılan raketlərin bir hissəsi əraziyə yaxın olan yaşayış məntəqələrinə düşüb.
İraq hökuməti ABŞ səfirliyinə edilən hücumda 8 raketdən istifadə olunduğunu qeyd edib. Hadisə zamanı səfirlikdə xidmət edən bir əsgər yaralanıb.
ABŞ-ın Bağdaddakı səfirliyinin məlumatına görə, raketlər səfirlikdəki hava hücumu müdafiə sistemi tərəfindən məhv edilib.
İraq şiələrinin lideri Mukteda Sadri isə ölkədə fövqəladə vəziyyətin elan olunması barədə təklif irəli sürüb. Nazirlər Kabinetinin hərbi sözçüsü Yahya Rəssul isə xarici nümayəndələrə edilən hücumun bir xəbərdarlıq olduğunu vurğulayıb.

Daha çox xəbər:

Kamil Zeynallı ölümdən döndü - Olduğu əraziyə raket düşdü
Şou biznes
Azərbaycanın Türkiyədəki səfirliyindən Hataydakı terror hücumu ilə bağlı pa ...
Hadisə
MN: Düşmənin S-300-ü məhv edildi
Kriminal
Bağdad hava limanı raket atəşinə tutulub
Dünya
Erməni millətçiləri Ukrayna səfirliyinə hücum edib
Dünya