Dünya
22 dekabr 2020
258
Türkiyə pilotsuz helikopter buraxacaq - Fotolar
Türkiyənin texnologiya şirkəti Titra Teknoloji A.Ş., hərbi və mülki ehtiyaclarını ödəmək üçün yüksək yük daşıma, uçuş vaxtı və uçuş məsafəsinə sahib hava nəqliyyat vasitəsi əldə etmək üçün bir helikopteri pilotsuzlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, 190 kiloqrama qədər iki nəfəri daşıya bilən və 3 saata qədər havada qala bilən bir platforma şirkət tərəfindən alınaraq Belarus mühəndislik şirkəti ilə əməkdaşlıq çərçivəsində transformasiya prosesi başladılıb.
Helikopter üzərində edilən müxtəlif modifikasiyalar nəticəsində uçuş məsafəsi 840 kilometr, uçuş hündürlüyü 5 min metr, havada qalma müddəti 7 saat və yük daşıma qabiliyyəti isə 160 kiloqrama qədər artırılıb.
Nəqliyyat vasitəsi mülki sahədə, fövqəladə hallarda baza stansiyasında və s. daşınma məqsədləri üçün, hərbi sahədə isə sursatların çatdırılması, təchizatı və s. məqsədlər üçün istifadə edilə bilər.
Alpin pilotsuz helikopterinin 2021-ci ilin sonuna qədər kütləvi istehsala hazır olması gözlənilir.
Daha çox xəbər:
Düşmənin ən qorxulu yuxusu “Kargu-2” PUA-ları Qarabağ səmasında – VİDEO / F ...
Cəmiyyət, Videoİctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək – RƏSMİ
SosialTürkiyədən olan bu sifarişlərdə çatdırılma pulsuz olacaq - Şad xəbər
ÖlkəAzərbaycandan beynəlxalq uçuşların bərpası ilə bağlı AÇIQLAMA
CəmiyyətTürkiyə hərbçiləri “Əshabi-Kəhf”də – FOTOLAR
Dünya