Dünya
24 dekabr 2020
269
Bill Qeytsdən koronavirusa dair proqnoz

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasına dair fikirlərini açıqlayıb.
Oxu.az xəbər verir ki, o, peyvəndin mövcudluğuna rəğmən, vəziyyətin daha pis ola biləcəyini deyib.
“Hələ də çətinlikdən qurtarmamışıq”, - deyə o, bloq yazısında qeyd edib.
Onun sözlərinə görə, kompüter modellərinin təhlili əsasında dünyada mövcud olan COVID-19 ilə bağlı vəziyyətin gələn il əhəmiyyətli dərəcədə yaxşılaşmayacağı proqnozu əldə edilir.
Qeyts fərdi qoruyucu vasitələrin istifadəsinin virusun yayılmasına qarşı təsirli bir yol olduğuna inandığını da əlavə edib.
Eyni zamanda, o bildirib ki, elmə inamsızlıq üzündən peyvənddən imtina edən çox sayda insana görə narahatdır.

Daha çox xəbər:

Koronavirusun yox olacağı vaxt açıqlandı
Ölkə
Qeyts tarix verdi — COVID-19 bu müddətdə bitəcək
Dünya
Bill Qeyts koronavirusdan da qorxunc fəlakətdən xəbər verdi
Dünya
Bill Qeyts koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı
Dünya
“Yoluxma sayı oktyabr-noyabr aylarında yüksək olacaq” — Bill Qeyts
Dünya