Dünya
24 dekabr 2020
250
Qazaxıstan prezidenti İlham Əliyevə zəng etdi
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
Daha çox xəbər:
Putin Prezident İlham Əliyevi təbrik edib
Siyasətİlham Əliyev Vladimir Putinə zəng etdi
Siyasətİlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
SiyasətSerbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
SiyasətAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Siyasət