Dünya
26 dekabr 2020
313
Ermənistan Türkiyə mallarına qadağa qoydu - VİDEO

İqtisadi böhran yaşayan Ermənistan 2021-ci ildən etibarən Türkiyə mallarını idxal etməyəcək.
Baku TV xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlir Komitəsinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, idxal qadağasına gömrük işçiləri nəzarət edəcək. Qadağa dekabrın 31-dən qüvvəyə minəcək. Yalnız dekabrın 31-dək bütün gömrük əməliyyatlarını keçən mallar ölkəyə idxal olunacaq.
Komitədən bildirilib ki, qadağa malların hansı ölkədən gətirilməsindən asılı olmayaraq, tətbiq ediləcək. Bu, Gürcüstan, Rusiya və Avropa ölkələrinə də aid edilir. Qoyulan qadağa altı ay müddətində qüvvədə olacaq.
Qeyd edək ki, Ermənistan son illərdə Türkiyədən təqribən 250 milyon dollarlıq mal idxal edib.

Daha çox xəbər:

Səudiyyə Ərəbistanında Türkiyə məhsullarına qoyulan qadağa xarici sahibkarl ...
Dünya
Azərbaycanda koronavirusa görə yeni qadağa QÜVVƏYƏ MİNDİ — BU GÜNDƏN ETİBAR ...
Sosial
Maskaların ölkədən aparılmasına qoyulan qadağa götürüldü
Sosial
Sabahdan daha bir qadağa qüvvəyə minir
Ölkə
İyunun 13-ü, 14-ü və 15-də də qadağa tətbiq olunacaq — Baş Nazirdən AÇIQLAM ...
Gündəm, Siyasət