Dünya
29 dekabr 2020
346
Belarusda kütləvi peyvəndlənmə başladı

Belarusda Rusiya istehsalı “Sputnik V” preparatı ilə əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki , bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) açıqlama yayıb.
Peyvəndin ilk partiyasının bu gün Belarusa gətirildiyi bildirilib.
“Belarus Səhiyyə Nazirliyi, Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Rusiya Birbaşa İnvestisiya Fondu Belarus əhalisinin “Sputnik V” preparatı ilə koronavirusa qarşı kütləvi peyvəndlənməyə başladığını elan etdi”,- deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Belarus Rusiyadan sonra “Sputnik V”ni rəsmi olaraq qeydiyyata alan ilk dövlət olub.
Xatırladaq ki daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa inanmadığını və peyvənd olunmayacağını açıqlamışdı.

Daha çox xəbər:
Belarusda etirazları dağıdan maskalıların kimliyini ortaya çıxardı - Video
Dünya, Video
Putin Belarusa qoşun yeritməyin şərtlərini açıqladı
Dünya
Belarusda gərginlik pik həddə çatdı — Lukaşenko İstiqlaliyyət Sarayına əlin ...
Dünya, Video
Belarusda hökumət istefa verdi
Dünya
Belarusda seçkisonrası etirazlar - 80-dən çox şəxs saxlanıldı
Dünya