Dünya
29 dekabr 2020
316
“Rusiya öz peyvəndini satmaq üçün dezinformasiya yayır”

Avropa İttifaqı Rusiyanın öz istehsal etdiyi peyvənd istisna digər vaksinlər barədə dezinformasiya yaydığını iddia edib.
“Qafqazinfo” xəbər verir ki, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel internetdə dezinformasiya ilə mübarizənin vacibliyi barədə açıqlama verib.
Borel Rusiyanın öz vaksinini yeganə çıxış yolu kimi təqdim etdiyini və digərlərinə qarşı inamsızlıq yaratmağa çalışdığını bildirib: “Qərb peyvəndi istehsalçıları Rusiyanın dövlət nəzarətindəki KİV tərəfindən lağa qoyulur. Bu, bəzən insanların meymuna çevriləcəyi ilə bağlı gülünc iddialara səbəb olur. Görünür, belə ritorika Rusiyanın öz peyvəndi “Sputnik V”ni satmaq istədiyi ölkələrə yönəlib. Epidemiyada bu cür əsassız şübhələri təşviq etmək cəhdləri xalqın sağlamlığını təhdid edir”.
Dezinformasiya metodunun yeni olmadığını, lakin internet sayəsində indi daha sürətli yayıla biləcəyini söyləyən Borel “Rusiya və Çin kimi bəzi dövlətlər aktiv olaraq bu cür fəaliyyət göstərir, demokratik sistemlərimizi sarsıtmağa çalışırlar”,- deyə vurğulayıb.

Daha çox xəbər:

Rusiyadan ABŞ-a reaksiya
Dünya
Peskovdan Rusiyanın vurulmuş helikopteri ilə bağlı AÇIQLAMA
Dünya
Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü
Cəmiyyət
Rusiya 2021-ci ilə qədər ayda bir neçə milyon COVID-19 peyvəndi istehsal ed ...
Dünya
XİN rəhbəri Aİ rəsmisi ilə Ermənistanın təxribatını müzakirə etdi
Siyasət