Dünya
30 dekabr 2020
321
Zərif Qarabağda müharibənin bitməsini şərh etdi
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Al Sani və erməni həmkarı Ara Ayvazyan ilə telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Zərif qətərli nazirlə ikitərəfli münasibətlər və regional inkişaf məsələlərini müzakirə edib.
Bölgədəki ölkələrin xaricilərin müdaxiləsi olmadan təhlükəsizlik və sabitliyə töhfə verməli olduğuna diqqət çəkən Zərif ABŞ-ı şübhəli addımlar atmaqda təqsirləndirib.
Zərif Ayvazyanla telefon danışığında isə Qarabağdakı müharibənin bitməsinin bölgə ölkələri arasında çoxşaxəli əməkdaşlığa zəmin yaratdığını qeyd edib.
Daha çox xəbər:
İrandan Türkiyəyə dəstək - FOTO
DünyaRəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya
DünyaAzərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub
SiyasətCeyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi - FOTO
Siyasətİlham Əliyevlə Merkel arasında telefon danışığı oldu
Siyasət