Dünya
30 dekabr 2020
316

Çavuşoğlu: “Türkiyə Aİ-yə daxil olmağa hazırdır”

Çavuşoğlu: “Türkiyə Aİ-yə daxil olmağa hazırdır”


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin 2020-ci ildəki xarici siyasəti barədə qiymətləndirmələr edib.
“Haber Global” məlumat verir ki, o, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən də söz açıb:

“Aİ ilə münasibətlərimizdə eniş-yoxuş oldu, xüsusilə Yunanıstan, Kiprin Yunanıstan tərəfi və Fransa ilə gərgin bir il oldu. Amma dekabr ayında “Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq” deyən ölkənin sağlam düşüncəsi hakim oldu. Gələn il münasibətlərimizi daha müsbət münasibətlərdə inkişaf etdirməyə hazırıq”.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan “Gələcək Avropadadır” deyəndə Türkiyənin Avropanın bir parçası olduğunu nəzərdə tutub.

“Hamı Avropa ilə yaxşı münasibətlər qurmaq istədiyi kimi, biz də bunu edirik. Prezidentimiz son vaxtlar islahatlara çağırır. Əsasən, xain çevriliş cəhdinə qarşı və islahatlara doğru yönəlmişik.

Türkiyə Aİ-yə daxil olmağa hazırdır. Yanvar ayında Aİ ilə əlaqələrimizin sürətlənəcəyini gözləyirik. Fransa səmimi olarsa, münasibətlərimizi inkişaf etdirməyə hazırıq”, - deyə Çavuşoğlu bildirib. (oxu.az)