Dünya
07 yanvar 2021
315
Makron tənqidlərdən sonra səssizliyini pozdu

Fransa Prezidenti Emmanuel Makron ABŞ-dakı hadisələrə səssiz qaldığı üçün tənqid edilib.
“Qafqazinfo” xəbər verir ki, ölkə başçısının reaksiyasız qalmağı fransız siyasi partiya, təşkilat və vətəndaşları narahat edib. Makron daha sonra tvitter hesabından ABŞ-dakı iğtişaşlara münasibət göstərib.
“Yanvarın 6-da bəzi insanlar 2020-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gələn Co Baydenin qeydiyyata alındığı iclas zamanı zorakılıq edib, bir qadın öldürülüb və demokratiyanın abidəsi olan Koqressə daxil olublar. Prezident tərəfdarları seçki nəticələrinə silahla qarşı çıxırlarsa, bu, ümumdünya fikir azadlığına zərər verir”.
Prezident daha sonra ölkəsinin daim ABŞ xalqının azadlığının tərəfdarı olduğunu qeyd edib:
“ABŞ müstəqilliyi və azadlığı üçün təhdidlərə baxmayaraq, XX əsrdə hər iki dünya müharibəsində Fransanın tərəfini tutub. Bu gün Fransa qətiyyətlə idarəçilərini seçməyə çalışan, demokratik seçkilər yolu ilə öz talelərini və həyatlarını təyin edən xalqların tərəfindədir”.

Daha çox xəbər:

Makron: Zorakılıq edən polislərimiz bizi biabır edir
Dünya
Şok qərar: Fransa “qırmızı xətti” keçdi – Müsəlmanlara böyük təhqir
Dünya
Müsəlman ölkələri Fransanın anti-islam münasibətinə qarşı birləşdi: “Makron ...
Dünya
Makron İlham Əliyevə zəng etdi
Siyasət
“Heç kim Türkiyəni sanksiya ilə hədələyə bilməz”
Dünya