Dünya
14 yanvar 2021
235
Respublikaçılar Trampın impiçmenti üçün Senata toplaşmaqdan imtina etdilər
Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasının iclasını çağırmaqdan imtina edib.
Report xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Senat yanvarın 19-da Co Baydenin vəzifə səlahiyyətinin icrasına başlamasından bir gün əvvəl tətilə gedəcək.
Nəşr Makkonnelin nümayəndələrinə istinadən bildirib ki, o, "cümə günü və ümumiyyətlə 19 yanvara qədər" yuxarı palatanın üzvlərini yığmaqdan imtina edib. Beləliklə, demokratların planı Trampı səlahiyyətlərinin başa çatmasına qədər vəzifədən kənarlaşdırmamaqdan ibarətdir.
Daha çox xəbər:
Rusiya Cozef Baydenin andiçmə mərasiminə dəvət olunub
Dünya“Facebook”un qurucusu Trampın sosial media hesablarının bağlanmasına münasi ...
DünyaVaşinqtonda fövqəladə vəziyyət rejimi uzadıldı
DünyaTramp Baydenin inauqurasiyası günü Ağ Evdən çıxmayacaq
DünyaTramp koronavirusla bağlı təhlükəni öncədən bilirdi?
Dünya