Dünya
01 fevral 2021
284

Somalinin paytaxtı Moqadişoda güclü partlayış və atışma baş verib

Somalinin paytaxtı Moqadişoda güclü partlayış və atışma baş verib


Somalinin paytaxtı Moqadişunun mərkəz küçələrindən birində baş verən partlayışdan sonra silahlı qarşıdurma olub.
Oxu.az xəbər verir ki, partlayış şəhərin KM4 küçəsində, “Afrika” hotelinin qarşısında, əsasən yüksək səviyyəli siyasətçilərin toplandığı yerdə baş verib.

Partlayışdan sonra “Əş-Şabab” terror təşkilatının üzvləri hotelin binasına daxil olub və təhlükəsizlik işçiləri ilə terrorçular arasında atışma baş verib.

Bölgəyə çox sayda təcili yardım maşını göndərilib.

Qeyd edək ki, “Əş-Şabab” terror təşkilatı Somalidə tez-tez təhlükəsizlik qüvvələrini və mülki yaşayış məntəqələrini hədəfə alan hücumlar təşkil edir.