Dünya
01 fevral 2021
1125
ÜST-ün nümayəndə heyəti koronavirusun ilk aşkarlandığı bazara gedib
Çinə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti COVID-19-un mənşəyinin müəyyənləşdirilməsi üçün Uhanın dəniz məhsulları bazarında tədqiqat aparıb.
Report xəbər verir ki, ekspertlər tədqiqat işlərinin üçüncü günü bazarda koronavirusun yayılmasının səbəblərini müəyyənləşdirməyə çalışırlar.
Nümayəndə heyəti həmçinin COVID-19-un erkən nümunələrinın yığıldığı muzeyə də baş çəkib.
Mütəxəssislər COVID-19-un mənşəyinin müəyyənləşdirillməsi məqsədilə Uhandakı "Szinintan" xəstəxanasında və Hubeydəki hospitalda da tədqiqatlar aparıblar.
ABŞ, Avstraliya, Almaniya, Yaponiya, Böyük Britaniya, Rusiya, Niderland, Qətər, Vyetnamdan olan ekspertlər və tədqiqatçılardan ibarət nümayəndə heyəti Uhana yanvarın 14-də xüsusi təyyarə ilə gəlib.
Daha çox xəbər:
Alimlər koronavirusun ilk dəfə yayıldığı Uhana getdilər
DünyaICESCO nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb
ÖlkəSergey Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdar ...
SiyasətKoronavirusun qida yolu ilə ötürülürmü? — Çinli ekspert danışdı
DünyaAzərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək
Gündəm, Ölkə